Cavid Qurbanov: “Azərbaycan BTQ üzrə sərnişin daşımalarına başlamaq üçün qonşu ölkələrə kömək edir”

Azərbaycan Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xətti ilə sərnişin daşımalarına başlamaq üçün qonşu ölkələrə kömək edir”.
“Report” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov deyib.
Biz sərnişindaşımaya tam hazırıq. Amma gürcülərin və türklərin qatarları çəkib-aparmağa lokomotivləri yoxdur. Onların əyləc sistemləri ilə bağlı da problemləri var. Biz bu məsələlərdə qonşu ölkələrə kömək etməyə çalışırıq”, - deyə o, qeyd edib.






Fikirlər