CAVİD Qurbanov: “Bakı-Tbilisi-Qars dəmir yolu TAM HAZIRDIR”

"Azərbaycan ərazisindən keçən beynəlxalq nəqliyyat dəhlizlərinə böyük diqqət yetirilir. Belə ki, Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolunun inşası artıq yekunlaşır. Bu ayın sonunda dəmir yolunun istismara verilməsi nəzərdə tutulub”.

“Report” xəbər verir ki, bunu Bakıda keçirilən “Argus Azərbaycan Beynəlxalq Neft Sammiti 2017” adlı tədbirdə Azərbaycan Dəmir Yolları” QSC -nin (ADY) sədri Cavid Qurbanov bildirib.

Bu layihə tariflərin aşağı düşməsinə, sərf edilən vaxtın azalmasına şərait yaradacaq. Layihənin Gürcüstan və Türkiyə seqmentində işlər artıq yekunlaşıb. Yol artıq tam hazırıdır, bütün sınaqlar həyata keçirilib”,- deyə C. Qurbanov əlavə edib.






Fikirlər