Əsas Səhifə > Slayd > TÜRKİYƏ VƏ ABŞ ANLAŞDI! – Ankara əməliyyatları dayandırır,
TÜRKİYƏ VƏ ABŞ ANLAŞDI! – Ankara əməliyyatları dayandırır,18-10-2019, 10:06 |
Ankarada Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla ABŞ-ın vitse-prezidenti Maykl Pens arasında saat yarıma qədər davam edən təkbətək görüş başa çatıb. Bundan sonra tərəflər arasında geniş tərkibdə danışıqlar olub.
Razılaşmaya görə, PKK/PYD və YPG terror qruplaşmaları 120 saat içərisində Türkiyənin elan etdiyi güvənli bölgədən geri çəkiləcək. Türkiyə bu müddət ərzində əməliyyatlar aparmayacaq. ABŞ isə Türkiyəyə qarşı bütün sanksiyaları aradan qaldıracaq.
Bu arada ABŞ prezidenti Donald Tramp da Türkiyə prerzidenti Rəcəb Tayyib Ərdoğana təşəkkür edib. “Türkiyədən gözəl xəbərlər var, Ərdoğana təşəkkürlər, milyonlarla həyat xilas ediləcək”, – deyə Ağ Ev rəhbəri bildirib. Geri qayıt |