TÜRKİYƏ VƏ ABŞ ANLAŞDI! – Ankara əməliyyatları dayandırır, terrorçular 5 günə çəkilir
Ankarada Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla ABŞ-ın vitse-prezidenti Maykl Pens arasında saat yarıma qədər davam edən təkbətək görüş başa çatıb. Bundan sonra tərəflər arasında geniş tərkibdə danışıqlar olub. “AzPolitika.info”nun məlumatına görə, danışıqlardan sonra açlıqlama verən Maykl Pens iki ölkə arasında atəşkəsin saxlanılması, “Barış pınarı” əməliyyatının dayandırılması barədə razılığın əldə olunduğunu bildirib. Razılaşmaya görə, PKK/PYD və YPG terror qruplaşmaları 120 saat içərisində Türkiyənin elan etdiyi güvənli bölgədən geri çəkiləcək. Türkiyə bu müddət ərzində əməliyyatlar aparmayacaq. ABŞ isə Türkiyəyə qarşı bütün sanksiyaları aradan qaldıracaq. Türkiyə xarici işlər naziri Mövlud Cavuşoğlu isə bəyan edib ki, heç bir atəşkəsdən söhbət gedə bilməz:“Sadəcə əməliyyatlara 120 saat ara veririk. Bu müddətdə PKK/PYD və YPG terror qruplaşmaları ərazini tərk etməlidir. Yalnız bundan sonra əməliyyatları dayandıra bilərik. Bundan əlavə ABŞ terror qruplaşmalarına verdiyi ağır silahları geri alacaq. Həmçinin, Türkiyəyə qarşı bütün sanksiyalar geri götürüləcək. Belə bir sonuca prezidenti Rəcəb Tayyib Ərdoğanın qətiyyətli mövqe tutması nəticəsində nail olduğumuzu bəyan etmək istəyirəm”. Bu arada ABŞ prezidenti Donald Tramp da Türkiyə prerzidenti Rəcəb Tayyib Ərdoğana təşəkkür edib. “Türkiyədən gözəl xəbərlər var, Ərdoğana təşəkkürlər, milyonlarla həyat xilas ediləcək”, – deyə Ağ Ev rəhbəri bildirib.