Əsas Səhifə > Slayd > Əlil və şəhid ailələrinin mənzil təminatı ilə bağlı
Əlil və şəhid ailələrinin mənzil təminatı ilə bağlı22-11-2019, 16:51 |
Azərbaycan Prezidenti İlham Əliyev əlil və şəhid ailələrinin mənzil təminatı ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. “AzerTaym.az" bildirir ki, sərəncamda deyilir: 1. Əlil və şəhid ailələrinin mənzillə təminatının davam etdirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 yanvar tarixli 890 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində digər layihələr üzrə dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.47.2-ci yarımbəndində göstərilmiş məbləğin 500 000 (beş yüz min) manatı Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə ayrılsın. 2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin. 3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin. Geri qayıt |