Əlil və şəhid ailələrinin mənzil təminatı ilə bağlı SƏRƏNCAM

Image result for Əlil və şəhid ailələrinin mənzil təminatı ilə bağlı sərəncam"

Azərbaycan Prezidenti İlham Əliyev əlil və şəhid ailələrinin mənzil təminatı ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. 

“AzerTaym.az" bildirir ki, sərəncamda deyilir:

1. Əlil və şəhid ailələrinin mənzillə təminatının davam etdirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 yanvar tarixli 890 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində digər layihələr üzrə dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.47.2-ci yarımbəndində göstərilmiş məbləğin 500 000 (beş yüz min) manatı Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.






Fikirlər