“AZƏRSU”ya 4,6 MİLYON MANAT ayrıldı
Prezident İlham Əliyev Ağstafa şəhərinin su təchizatının yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb. AzerTaym.az-ın məlumatına görə, sərəncamda qeyd edilir ki, Ağstafa şəhərinin su təchizatının yaxşılaşdırılması məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 22 yanvar tarixli 3593 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.84-cü bəndində göstərilmiş məbləğin 4,6 milyon (dörd milyon altı yüz min) manatı “Azərsu” Açıq Səhmdar Cəmiyyətinə ayrılsın. Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək, Maliyyə Nazirliyinə sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.