Əsas Səhifə > Slayd > Nərminin qatili olduğu iddia edilən şəxslə bağlı
Nərminin qatili olduğu iddia edilən şəxslə bağlı5-02-2020, 14:57 |
Nərminin qatili olduğu iddia edilən şəxs rayonda qardaşının arvadını zorlayıb.
"AzerTaym.az" bildirir ki, bununla bağlı "Youtube"da səs yazısı yayılıb. Səs yazısında naməlum şəxs N.Quliyevanın ölümündə təqsirləndirilən İlkin Süleymanovun günahsız olduğunu qeyd edib. Həmin şəxs iddia edir ki, N.Quliyevanı onun həmkəndlisi atası kənddə riyaziyyat müəllimi işləyən (məlumat təsdiqini tapmadığı üçün ad və soyadını göstərmirik-red.) şəxsin oğlunun öldürdüyünü bildirib. Həmin şəxsin səs yazısında öz qardaşının arvadına da təcavüz etdiyi də deyilir. Qeyd edək ki, Tovuz rayonunun Dondar Quşçu kənd sakini N.Quliyeva ötən il noyabrın 21-də itkin düşüb, onun meyiti yanvarın 6-da yandırılmış halda tapılıb.
Geri qayıt |