Nərminin qatili olduğu iddia edilən şəxslə bağlı — ŞOK İDDİA-SƏS YAZISI
"AzerTaym.az" bildirir ki, bununla bağlı "Youtube"da səs yazısı yayılıb. Səs yazısında naməlum şəxs N.Quliyevanın ölümündə təqsirləndirilən İlkin Süleymanovun günahsız olduğunu qeyd edib. Həmin şəxs iddia edir ki, N.Quliyevanı onun həmkəndlisi atası kənddə riyaziyyat müəllimi işləyən (məlumat təsdiqini tapmadığı üçün ad və soyadını göstərmirik-red.) şəxsin oğlunun öldürdüyünü bildirib. Həmin şəxsin səs yazısında öz qardaşının arvadına da təcavüz etdiyi də deyilir. Qeyd edək ki, Tovuz rayonunun Dondar Quşçu kənd sakini N.Quliyeva ötən il noyabrın 21-də itkin düşüb, onun meyiti yanvarın 6-da yandırılmış halda tapılıb.
Məsələ ilə bağlı Baş Prokurorluğun Mətbuat Xidmətinin rəhbəri Eldar Sultanov qeyd edilən audioyazının istintaq-əməliyyat qrupuna təqdim edildiyini bildirib.
Rəsmi məlumata görə, yanvarın 10-da hadisəni törətməkdə şübhəli bilinən Dondar Quşçu kənd sakini, işləməyən, 1973-cü il təvəllüdlü İ.Süleymanov saxlanılaraq istintaqa cəlb edilib. O, müdafiəçinin iştirakı ilə dindirilərkən törətdiyi əməli tam etiraf edib.