Əsas Səhifə > Slayd, Cəmiyyət > “QORXUDAN DOSTLARIN DODAQLARI PARTLAYIR…” – Eldar Sabiroğlu
“QORXUDAN DOSTLARIN DODAQLARI PARTLAYIR…” – Eldar Sabiroğlu21-09-2015, 14:52 |
“Guya ki, Müdafiə Nazirliyində xidmət edərkən düşmən Ermənistan tərəfə informasiyalar ötürmüş, dövlət sirrini satmış, beləliklə də ”xəyanət” yolunu tutmuşam. Təsəvvür edirsiniz, bu nə qədər ağır ittihamdır? Bu adam nəyə və kimə arxayındır ki, bu dərəcədə böhtan atmağı özünə rəva görür?! Kimə arxayın olduğunu isə mən ictimaiyyətə açıqlamışam. Qeyd edək ki, E.Sabiroğlunun gözlənilmədən Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevə hücuma keçməsindən sonra S.Novruzovun bu ittihamları səsləndirməsi təsadüfi qəbul olunmur. İddialara görə, S.Novruzovun belə ağır ittihamları E.Sabiroğlunun cəzalandırılacağından xəbər verir. Buna hazırlıq getdiyinin siqnalıdır. Məşhur YAP-çı heç bir təqiblə üzləşmədiyini deyir: “Heç bir təqib hiss etmirəm. Tənqid etdiyim şəxs belə işlərdə tələsmir. O və dəstəsi gözləyirlər ki, mən dövlətin və hakimiyyətin zirvəsinin əleyhinə nəsə bir kəlmə söz işlədim və dərhal bundan istifadə edib mənə lazımi dərsi verdirsinlər. Amma bunu görə bilməyəcəklər! Mən əqidəsiz adam deyiləm! Göydə Allahım, yerdə Prezidentim və dövlətimdir! Başqa bir şey düşünmürəm.
Geri qayıt |