“QORXUDAN DOSTLARIN DODAQLARI PARTLAYIR…” – Eldar Sabiroğlu
Müdafiə Nazirliyinin mətbuat xidmətinin keçmiş rəhbəri, sabiq millət vəkili Eldar Sabiroğlu Azərbaycan Respublikasının baş prokuroru Zakir Qaralova müraciət etdiyi barədə məlumat vermişdik. Müraciət YAP-çı deputat Siyavuş Novruzovun onun barəsində səsləndirdiyi dövlətə xəyanət ittihamının araşdırılması ilə bağlıdır. “Guya ki, Müdafiə Nazirliyində xidmət edərkən düşmən Ermənistan tərəfə informasiyalar ötürmüş, dövlət sirrini satmış, beləliklə də ”xəyanət” yolunu tutmuşam. Təsəvvür edirsiniz, bu nə qədər ağır ittihamdır? Bu adam nəyə və kimə arxayındır ki, bu dərəcədə böhtan atmağı özünə rəva görür?! Kimə arxayın olduğunu isə mən ictimaiyyətə açıqlamışam. Qeyd edək ki, E.Sabiroğlunun gözlənilmədən Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevə hücuma keçməsindən sonra S.Novruzovun bu ittihamları səsləndirməsi təsadüfi qəbul olunmur. İddialara görə, S.Novruzovun belə ağır ittihamları E.Sabiroğlunun cəzalandırılacağından xəbər verir. Buna hazırlıq getdiyinin siqnalıdır. Məşhur YAP-çı heç bir təqiblə üzləşmədiyini deyir: “Heç bir təqib hiss etmirəm. Tənqid etdiyim şəxs belə işlərdə tələsmir. O və dəstəsi gözləyirlər ki, mən dövlətin və hakimiyyətin zirvəsinin əleyhinə nəsə bir kəlmə söz işlədim və dərhal bundan istifadə edib mənə lazımi dərsi verdirsinlər. Amma bunu görə bilməyəcəklər! Mən əqidəsiz adam deyiləm! Göydə Allahım, yerdə Prezidentim və dövlətimdir! Başqa bir şey düşünmürəm.
E.Sabiroğluya görə, S.Novruzov səlahiyyət çərçivəsini aşaraq onu ağır cinayətdə ittiham edib:
Mən 7 il Müdafiə Nazirliyində çalışmışam. Əgər doğrudan da belə bir hərəkətə yol vermişəmsə, nədən ölkənin müvafiq hüquq-mühafizə orqanları mənim bu “xəyanətimin” üstünü 7 il müddətində aça bilməyiblər?”.
Maraqlıdır, E.Sabiroğlu hadisələrin bu istiqamətdə inkişafını real qəbul edirmi? Məlum açıqlamalarından sonra ona qarşı hər hansı təqib varmı?
Amma bu məsələdə bir daha yəqin etdim ki, Ramiz Mehdiyevdən qorxu hissi adamların canına elə çöküb ki, danışanda dördgöz olurlar. Dostlarla telefonda söhbətləşəndə də hiss edirəm ki, qorxudan dodaqları partlayır. Onlarda günah görmürəm, neyləsinlər, heç kimə ziyan dəyməsini arzulamıram…”