Əsas Səhifə > Slayd > Fonda ən çox kim pul köçürüb?
Fonda ən çox kim pul köçürüb?28-03-2020, 17:53 |
Azərbaycan Prezidenti İlham Əliyevin 19 Mart 2020-ci il tarixli Fərmanı ilə ölkədə koronavirus infeksiyasına qarşı mübarizə tədbirlərinin gücləndirilməsi məqsədilə Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradılıb.
Bu çətin anlarda ölkə başçısının çağırışına ölkəmizin biznes strukturları həmrəylik nümayiş etdirirlər. Bu günlərdə yüzlərlə irili-xırdalı sahibkarlardan dəstək gəlir, koronavirusla mübarizəyə milyonlarla manat həcmində ianələr ayırılıb. Yenisabah.az fondun hesabına fiziki şəxslərdən daxil olan 10 ən yüksək məbləği təqdim edir: 1. Nisanov God 2 000 000 2. Həsənov Müşviq İsgəndər oğlu 180 000 3. Əliyev İlham Heydər oğlu 126 900 4. Əliyeva Mehriban Arif qızı 101 700 5. Heydərov Şamil Hilal oğlu 100 000 6. Paşayev Mircəlal Hafiz oğlu 100 000 7. Paşayev Cəlal Aqil oğlu 100 000 8. Cavad Əlimurad Marandi 100 000 9. Sadıqov Rəşad Fərhad oğlu 50 000 10. Abutalıbov Hacıbala İbrahim oğlu 37 200 Qeyd edək ki, indiyədək Fonda 91 milyon 230 min 152 manat daxil olub.
Geri qayıt |