Fonda ən çox kim pul köçürüb? – TOP 10

Fonda ən çox kim pul köçürüb? – TOP 10

Azərbaycan Prezidenti İlham Əliyevin 19 Mart 2020-ci il tarixli Fərmanı ilə ölkədə koronavirus infeksiyasına qarşı mübarizə tədbirlərinin gücləndirilməsi məqsədilə Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradılıb.

 

Bu çətin anlarda ölkə başçısının çağırışına ölkəmizin biznes strukturları  həmrəylik nümayiş etdirirlər. Bu günlərdə yüzlərlə irili-xırdalı sahibkarlardan dəstək gəlir, koronavirusla mübarizəyə milyonlarla manat həcmində ianələr ayırılıb. 

Yenisabah.az fondun hesabına fiziki şəxslərdən daxil olan 10 ən yüksək məbləği təqdim edir:

1. Nisanov God  2 000 000 

2. Həsənov Müşviq İsgəndər oğlu  180 000 

3. Əliyev İlham Heydər oğlu  126 900 

4. Əliyeva Mehriban Arif qızı   101 700 

5. Heydərov Şamil Hilal oğlu  100 000 

6. Paşayev Mircəlal Hafiz oğlu  100 000

7. Paşayev Cəlal Aqil oğlu    100 000

8. Cavad Əlimurad Marandi 100 000

9. Sadıqov Rəşad Fərhad oğlu   50 000  

10. Abutalıbov Hacıbala İbrahim oğlu 37 200 

Qeyd edək ki, indiyədək Fonda 91 milyon 230 min 152 manat‬  daxil olub.

 






Fikirlər