Milli Məclisin bu deputatlarından koronavirus fonduna dəstək – SİYAHI
Bildiyimiz kimi, Prezidentin fərmanı ilə artıq pandemiya hesab olunan koronavirusa qarşı Azərbaycanda Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradılıb. Həmçinin, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bir illik əmək haqqı məbləğini Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə edib.
"Yeni Sabah" xəbər verir ki, Millət vəkili Vüqar Bayramov da Milli Məclisin bəzi deputatlarının prezidentin izi ilə gedəcəyini açıqlayıb. O bildirib ki, İqtisadi siyasət, sənaye və sahibkarlıq və Əmək və sosial siyasət komitələrinin üzvlərini ilk əmək haqqlarının bir hissəsini sözü gedən fonda köçürəcəklər:
“İlk məvacibin bir hissəsinin nəcib, xeyirxah məqsədlərə xərclənməsi ilə bağlı xalqımızın çox gözəl adətləri var. Xalqı yaşadan, cəmiyyəti ayaqda tutan məhz belə, mahiyyətində həmrəylik, birlik, vəhdət olan adət-ənənələrdir. Xalqımız ellə gələn dərd-bəlanın öhdəsindən həmişə qibtə olunacaq həmrəyliyi sayəsində uğurla gəlib, tarixən sınaqlardan üzüağ, alnıaçıq çıxıb.
Məhz belə bir gündə xalqla parlamentin həmrəyliyinin nümunəsi kimi Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq və Əmək və sosial siyasət komitələrinin üzvləri olaraq qərara aldıq ki, Azərbaycanda koronavirusa qarşı mübarizə tədbirlərinin maliyyələşdirilməsi üçün qanunverici orqanda ilk əmək haqqımızın bir hissəsini Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna köçürək”.
Həmin komitələrin tərkibini nəzərinizə çatdırırıq:
İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi
Tahir Famil oğlu Mirkişili - Sədr
Əli Əhməd oğlu Məsimli - Sədr müavini
Abbaszadə Mahir Tapdıq oğlu
Allahverdiyev Elnur Marat oğlu
Bayramov Vüqar İbad oğlu
Əfəndiyev Məzahir Cavid oğlu
Əhmədov Vahid Qazməmməd oğlu
Hüseynov Aydın Nəsir oğlu
İsmayılov İmamverdi İbiş oğlu
Quliyev Rüfət Atakişi oğlu
Məmmədov Anar İlyaz oğlu
Məmmədov İqbal Nəriman oğlu
Məmmədov Məşhur Şahbaz oğlu
Səmədzadə Ziyad Əliabbas oğlu
Vəliyev Ağalar İsrəfil oğlu
Əmək və sosial siyasət komitəsi
Musa İsa oğlu Quliyev - Sədr
Məlahət İbrahim qızı İbrahimqızı - Sədr müavini
Bayramov Vüqar İbad oğlu
Ələkbərov Əziz Yusif oğlu
Əliyev Rauf Asif oğlu
Əliyeva Jalə Fazil qızı
Hüseynova Sevinc Əmirəhməd qızı
Məmmədov Aqil Sadiq oğlu
Məmmədov İlham Kazım oğlu
Məmmədov Soltan Teymur oğlu
Möhbalıyev Səttar Suliddin oğlu
Nağıyev Arzu Nəsib oğlu
Səmədzadə Ziyad Əliabbas oğlu