Əsas Səhifə > Slayd, Cəmiyyət > Bakı metrosunda gərginlik:
Bakı metrosunda gərginlik:7-10-2015, 23:19 |
Metronun “İçəri Şəhər” stansiyasında gərginlik yaşanıb. Musavat.com-un məlumatına görə, saat 19:50 radələrindən etibarən qeyd etdiyimiz stansiyada qatarın hərəkəti dayanıb. Nəticədə stansiyada böyük sərnişin sıxlığı yaranıb. Əməkdaşımızın verdiyi məlumata görə, metroda yaranmış sıxlığa görə polislə vətəndaşlar arasında qarşıdurma da yaşanıb. Metro əməkdaşlarının sözlərinə görə, qatarın dayanması texniki nasazlıqla bağlıdır.
Geri qayıt |