Əsas Səhifə > Slayd > RUSLAR KİYEVDƏ TELEQÜLLƏNİ VURDU - Ölənlər var

RUSLAR KİYEVDƏ TELEQÜLLƏNİ VURDU - Ölənlər var


1-03-2022, 22:39

Ukraynada teleqüllənin raketlə vurulması itkisiz ötüşməyib. İlkin məlumatlara görə, hadisə nəticəsində beş nəfər ölüb.

Ölkə mediasında yayılan məlumatlara görə, insident nəticəsində daha beş nəfər yaralanıb.

***

Ukraynanın paytaxtı Kiyevin teleqülləsi Rusiya qüvvələrinin atəşinə məruz qalıb. Bunu Ukrayna daxili işlər nazirinin müşaviri Anton Geraşenko teleqramda bildirib.

 

Raket zərbəsi nəticəsində teleqüllədə yanğın başlayıb. Hazırda yanğının davam etdiyi bildirilir.

 


Geri qayıt