RUSLAR KİYEVDƏ TELEQÜLLƏNİ VURDU - Ölənlər var + VİDEO (Yenilənib)
Ukraynada teleqüllənin raketlə vurulması itkisiz ötüşməyib. İlkin məlumatlara görə, hadisə nəticəsində beş nəfər ölüb. Ölkə mediasında yayılan məlumatlara görə, insident nəticəsində daha beş nəfər yaralanıb. *** Ukraynanın paytaxtı Kiyevin teleqülləsi Rusiya qüvvələrinin atəşinə məruz qalıb. Bunu Ukrayna daxili işlər nazirinin müşaviri Anton Geraşenko teleqramda bildirib. Raket zərbəsi nəticəsində teleqüllədə yanğın başlayıb. Hazırda yanğının davam etdiyi bildirilir.