Əsas Səhifə > Slayd > – Elza Seyidcahan nəticələrdən narazıdır
– Elza Seyidcahan nəticələrdən narazıdır2-11-2015, 08:00 |
Exit-polun 54 saylı Şabran-Siyəzən Seçki Dairəsindən Tahir Süleymanovu elan etməsi məsələsinə gəlincə, Elza Seyidcahan: “Exit-polların gedib-gələn nəfəsləri də yalandır. Mən bu yola gəlməyimə təəssüflənirəm, bir tərəfdən də peşiman deyiləm. İnanıram ki, millət vəkili seçiləcəyəm. Tahir Süleymanovun səlahiyyətli nümayəndəsi Etibar Heydərov öz iddiasına çatmaq üçün, dövlətin adından istifadə edərək deyir ki, biz bura göndərilmişik. Amma mən buna inanmıram. Onların saxtakarlıqlarının qarşısı alınacaq. Haqq öz sözünü deyəcək. Bu dairədən bütün səsləri mən toplamışam. Prezident İlham Əliyevə, xanımı Mehriban Əliyevaya, Milli Təhlükəsizlik Nazirliyinə, Mərkəzi Seçki Komissiyasına məktublarla müraciətlər etmişəm. Bildiyimə görə rayonun məktəblərində qapalı iclaslar keçirilib ki, Tahir Süleymanova səs verməyənlər işdən kənarlaşdırılacaq. Buna baxmayaraq, bütün insanlar mənə səs veriblər. Onlar ağlaya-ağlaya qalıblar. Ona görə də Məzahir Pənahovun bu məsələdə ədalətli qərar verəcəyinə inanıram. Etibar Heydərov sadə insanlara təzyiq göstərib. Hətta o mənim müşahidəçilərimi otağa apararaq onlara bildirib ki, qutuları dəyişdirməliyik. Elza Seyidcahan bizdən deyil. Bura Tahir Süleymanov göndərilib. Bu nə deməkdir? Tahir Süleymanov millət vəkilliyini özəlləşdirib. Onun sağlamlığı da buna imkan vermir. Hətta seçicilər də etiraf edirlər ki, 15 il ərzində onlar bu millət vəkilini ümumiyyətlə görməyiblər”. Müğənni onu da əlavə edib ki, təbliğat-təşviqat kampaniyası dövründə ona bir neçə dəfə sui-qəsd hazırlanıb: “Məni bir ay ərzində ancaq izləyiblər. Bütün avtomobillər məni izlədiyi üçün bir neçə dəfə az qala maşın altına düşüm. Dəfələrlə qəzalardan sövuşmuşam. Azərbaycan demokratik ölkədir. Bizim qanunvericiliyimizin şəffaflığı qorunur. Əfsuslar olsun ki, 54 saylı Şabran-Siyəzən Seçki Dairəsində Etibar Heydərov kimilərin qorxusu altında qanunlar pozulur. Mərkəzi Seçki Komissiyasından böyük ümidlərlə cavab gözləyirəm”.(Azərtaym.az)
Geri qayıt |