“Çox böyük saxtakarlıqlar oldu” – Elza Seyidcahan nəticələrdən narazıdır
“Bugünkü seçkilərdə çox böyük saxtakarlıqlar oldu. Səsverməyə gələn bir nəfər qutuya 5, digəri isə 10 seçki bülleteni atdı. Din xadimləri gördüm ki, barmaqlarına boya vurmadılar ki, dəstəmaz almışıq”. Bunu Cebhe.info-ya 54 saylı Şabran-Siyəzən Seçki Dairəsindən namizəd, müğənni Elza Seyidcahan səsvermənin nəticələri ilə bağlı açıqlamasında bildirib. Azərbaycan qanunlarına inandığını deyən müğənni səsvermə zamanı aşkarladığı qanun pozuntularının MSK tərəfindən araşdırılacağına əmin olduğunu deyib: Exit-polun 54 saylı Şabran-Siyəzən Seçki Dairəsindən Tahir Süleymanovu elan etməsi məsələsinə gəlincə, Elza Seyidcahan: “Exit-polların gedib-gələn nəfəsləri də yalandır. Mən bu yola gəlməyimə təəssüflənirəm, bir tərəfdən də peşiman deyiləm. İnanıram ki, millət vəkili seçiləcəyəm. Tahir Süleymanovun səlahiyyətli nümayəndəsi Etibar Heydərov öz iddiasına çatmaq üçün, dövlətin adından istifadə edərək deyir ki, biz bura göndərilmişik. Amma mən buna inanmıram. Onların saxtakarlıqlarının qarşısı alınacaq. Haqq öz sözünü deyəcək. Bu dairədən bütün səsləri mən toplamışam. Prezident İlham Əliyevə, xanımı Mehriban Əliyevaya, Milli Təhlükəsizlik Nazirliyinə, Mərkəzi Seçki Komissiyasına məktublarla müraciətlər etmişəm. Bildiyimə görə rayonun məktəblərində qapalı iclaslar keçirilib ki, Tahir Süleymanova səs verməyənlər işdən kənarlaşdırılacaq. Buna baxmayaraq, bütün insanlar mənə səs veriblər. Onlar ağlaya-ağlaya qalıblar. Ona görə də Məzahir Pənahovun bu məsələdə ədalətli qərar verəcəyinə inanıram. Etibar Heydərov sadə insanlara təzyiq göstərib. Hətta o mənim müşahidəçilərimi otağa apararaq onlara bildirib ki, qutuları dəyişdirməliyik. Elza Seyidcahan bizdən deyil. Bura Tahir Süleymanov göndərilib. Bu nə deməkdir? Tahir Süleymanov millət vəkilliyini özəlləşdirib. Onun sağlamlığı da buna imkan vermir. Hətta seçicilər də etiraf edirlər ki, 15 il ərzində onlar bu millət vəkilini ümumiyyətlə görməyiblər”. Müğənni onu da əlavə edib ki, təbliğat-təşviqat kampaniyası dövründə ona bir neçə dəfə sui-qəsd hazırlanıb: “Məni bir ay ərzində ancaq izləyiblər. Bütün avtomobillər məni izlədiyi üçün bir neçə dəfə az qala maşın altına düşüm. Dəfələrlə qəzalardan sövuşmuşam. Azərbaycan demokratik ölkədir. Bizim qanunvericiliyimizin şəffaflığı qorunur. Əfsuslar olsun ki, 54 saylı Şabran-Siyəzən Seçki Dairəsində Etibar Heydərov kimilərin qorxusu altında qanunlar pozulur. Mərkəzi Seçki Komissiyasından böyük ümidlərlə cavab gözləyirəm”.(Azərtaym.az)
“Bu gün məntəqələrdə mənim müşahidəçilərimə təzyiqlər edildi. Hətta onlara rüşvət təklif olundu. Çox nöqsanlar oldu. Amma hamısını açıqlamaq istəmirəm. Bütün saxtakarlıqları qeyd etmişəm. Buna baxmayaraq, məntəqə sədrləri baş verən nöqsanlara göz yumdu. İnanıram ki, bu saxtakarlıqlar araşdırılacaq. Mən MSK-dan xahiş edəcəyəm ki, bülletenlər orada sayılsın və bu böyük qanun pozuntusu aradan qaldırılsın. MSK qanun pozuntuları barədə ölçü götürəcək, necə ki, mənim imzalarımı saxtalaşdırmışdılar. Əks halda bəstəkar və incəsənət xadimi kimi yaradıcılığımdan çox sınacağam. Şabran-Siyəzən camaatı deyirdi ki, biz sizə səs verəcəyik, amma qutudan Tahir Süleymanovun səsi cıxacaq. Bizi niyə incidirsiz? Elə də oldu. Mən MSK-nın ədalətli hüququna güvənib bura gəlmişəm”.