Əsas Səhifə > Slayd > “Sən getdin sevgilinlə yaşamağa, bəs bu iki uşağın
“Sən getdin sevgilinlə yaşamağa, bəs bu iki uşağın27-02-2023, 15:02 |
“Mən evlənəndə 32 yaşım var idi. Evim, stabil maaşım da var idi. Ayaq üstə dayanmağı bilirdim. İnsan müstəqil olanda evlənməlidir”. “AzerTaym.az" qafqazinfo-yaistinadən xəbər verir ki, bu sözləri Xalq şairi Vahid Əziz “Düzünə qalsa…” verilişində deyib. Onun sözlərinə görə, cavanlar evlənəndə valideynlərdən nə qədər uzaq yaşasalar, bir o qədər səmimi, mehriban olarlar: “Çünki bir də görürsən aranı qarışdırırlar. Qayınana gəlini alınca, onun qapısına gedincə bəh-bəh olur, sonra başlayırlar bir-biri boğmağa. Nə olub axı? Hər iki tərəfin valideyni düşünür ki, mənim övladım bundan yaxşısı ilə evlənə bilərdi. Qadınlar bir-birinə hörmət etməlidirlər. Ailə dağılırsa, onu dağıdan o biri qadın olur. Əgər kişi xanımını atıb başqa qadın yanına gedirsə, bu, sevgi deyil. O biri qadının bu birisinə qarşı etdiyi iblislikdir. Qadın qadının ləyaqətini qorumalıdır. Qadın o birisini yiyəsiz, evsiz, ərsiz qoymamalıdır”. V. Əziz deyib ki, bu gün boşanmaların sayı çoxalıb: “Ailədə subardinasiya pozulduğuna görə dağılır. İllərlə bir evdə yaşayırlar, zaman gəlir, qadın kişiyə qarşı kobudluğa başlayır, artıq bu onu yorur. Kişi də eynisini edir, hörmət itir. Ailədə qadın-kişi münasibətlərində qadın bilməlidir ki, bu, kişidir. Bizim qanunlarda bəzi şeylər dəyişməlidir. Deyək ki, ailə dağıldı, 2 uşaq qadınla qaldı. Əmlak də hər iki tərəfə bölünür, bəs bu iki uşaq nə etsin? Sən evin, maşının yarısı ilə getdin sevgilinlə yaşamağa, bəs bu iki uşağın gələcəyi?!” Geri qayıt |