“Sən getdin sevgilinlə yaşamağa, bəs bu iki uşağın GƏLƏCƏYİ?!”

“Sən getdin sevgilinlə yaşamağa, bəs bu iki uşağın gələcəyi?!”

Mən evlənəndə 32 yaşım var idi. Evim, stabil maaşım da var idi. Ayaq üstə dayanmağı bilirdim. İnsan müstəqil olanda evlənməlidir”.

AzerTaym.az" qafqazinfo-yaistinadən xəbər verir ki, bu sözləri Xalq şairi Vahid Əziz  “Düzünə qalsa…” verilişində deyib.

Onun sözlərinə görə, cavanlar evlənəndə valideynlərdən nə qədər uzaq yaşasalar, bir o qədər səmimi, mehriban olarlar: “Çünki bir də görürsən aranı qarışdırırlar. Qayınana gəlini alınca, onun qapısına gedincə bəh-bəh olur, sonra başlayırlar bir-biri boğmağa. Nə olub axı? Hər iki tərəfin valideyni düşünür ki, mənim övladım bundan yaxşısı ilə evlənə bilərdi. Qadınlar bir-birinə hörmət etməlidirlər. Ailə dağılırsa, onu dağıdan o biri qadın olur. Əgər kişi xanımını atıb başqa qadın yanına gedirsə, bu, sevgi deyil. O biri qadının bu birisinə qarşı etdiyi iblislikdir. Qadın qadının ləyaqətini qorumalıdır. Qadın o birisini yiyəsiz, evsiz, ərsiz qoymamalıdır”.

V. Əziz deyib ki, bu gün boşanmaların sayı çoxalıb: “Ailədə subardinasiya pozulduğuna görə dağılır. İllərlə bir evdə yaşayırlar, zaman gəlir, qadın kişiyə qarşı kobudluğa başlayır, artıq bu onu yorur. Kişi də eynisini edir, hörmət itir. Ailədə qadın-kişi münasibətlərində qadın bilməlidir ki, bu, kişidir. Bizim qanunlarda bəzi şeylər dəyişməlidir. Deyək ki, ailə dağıldı, 2 uşaq qadınla qaldı. Əmlak də hər iki tərəfə bölünür, bəs bu iki uşaq nə etsin? Sən evin, maşının yarısı ilə getdin sevgilinlə yaşamağa, bəs bu iki uşağın gələcəyi?!”






Fikirlər