Əsas Səhifə > Slayd > fransız cihadçı həyata keçirib

fransız cihadçı həyata keçirib


17-11-2015, 20:23

Paris terrorunu fransız cihadçı həyata keçirib

 

 

Fransanın paytaxtı Parisdə 129 nəfərin ölümü ilə nəticələnən terror aktının fransız cihadçı Fabien Clain tərəfindən törədildiyi açıqlanıb.
Azərtaym.az Musavat.com-a istinadən xəbər verir ki, bu barədə məlumat AFP-də yer alıb.
İstintaqa yaxın bir şəxsin agentliyə verdiyi məlumata görə, Fransanın cənubundakı Tuluza şəhərindəki cihadçı təşkilata üzv olduğu məlum olan F.Clain 2012-ci ildə aralarında üç yahudi uşağın da olduğu 7 nəfəri öldürən Məhəmməd Meraha yaxın olub.
 
Qeyd edək ki, 2009-cu ildə cihadçı qruplaşmalar üçün döyüşçü toplamaqda günahlandırılan və 5 il müddətinə azadlıqdan məhrum edilməsi istənilən F.Clain, Suriyaya qaçaraq, həbsdən xilas olmuşdu. 

Geri qayıt