Paris terrorunu fransız cihadçı həyata keçirib

Paris terrorunu fransız cihadçı həyata keçirib

 

 

Fransanın paytaxtı Parisdə 129 nəfərin ölümü ilə nəticələnən terror aktının fransız cihadçı Fabien Clain tərəfindən törədildiyi açıqlanıb.
Azərtaym.az Musavat.com-a istinadən xəbər verir ki, bu barədə məlumat AFP-də yer alıb.
İstintaqa yaxın bir şəxsin agentliyə verdiyi məlumata görə, Fransanın cənubundakı Tuluza şəhərindəki cihadçı təşkilata üzv olduğu məlum olan F.Clain 2012-ci ildə aralarında üç yahudi uşağın da olduğu 7 nəfəri öldürən Məhəmməd Meraha yaxın olub.
 
Qeyd edək ki, 2009-cu ildə cihadçı qruplaşmalar üçün döyüşçü toplamaqda günahlandırılan və 5 il müddətinə azadlıqdan məhrum edilməsi istənilən F.Clain, Suriyaya qaçaraq, həbsdən xilas olmuşdu. 






Fikirlər