Fransadan sərt qərar – Məscidlər bağladılır, imamlar deportasiya edilir

Fransanın Daxili İşlər Nazirliyi kin və nifrət dolu çağırışlar edən məscidlərin bağladılacağıyla bağlı xəbərdarlıq edib.
Azərtaym.az AzNews.az-a istinadən xəbər verir ki, nazir Bernard Cazenueve France2 televiziyasına verdiyi açıqlamada sözügedən məscidlərin bağladılması ilə bağlı işlərə start verildiyini qeyd edib. 
Baş nazir Manuel Valls isə dünən vediyi açıqlamada nifrət aşılayan əcnəbi imamların ölkədən dərhal deportasiya olunacağını bəyan edib. 
Məlumat üçün bildirək ki, noyabrın 13-ü gecə saatların Parisdə 3 yerdə terror aktı törədilib. Məkumata görə, terror hadisələri zamanı 132 nəfər ölüb, 349 nəfər yaralanıb.
İŞİD terror təşkilatı terror hadisələrini özü üzərinə götürüb və bunu “Fransanın 11 sentyabrı” adlandırıb.






Fikirlər