Əsas Səhifə > Slayd > Misir təyyarəsini SEVGİLİSİNƏ görə qaçırıbmış-ŞAHİD danışdı
Misir təyyarəsini SEVGİLİSİNƏ görə qaçırıbmış-ŞAHİD danışdı29-03-2016, 12:54 |
"EgyptAir" aviaşirkətinə məxsus 81 sərnişinin olduğu təyyarə naməlum şəxslər tərəfindən qaçırılıb. İskəndəriyyədən paytaxt Qahirəyə uçan Misir Hava Yollarına aid sərnişin təyyarəsi qaçrılıb. İnterpress.az-ın xarici mətbuata istinadən verdiyi xəbərə görə, qaçırılan təyyarənin pilotu üzərində bomba olan bir sərnişinin əmrlərinə tabe olub.
Təyyarədə bomba olduğunu deyən oğrular polisə yaxınlaşmamaq əmri verib. 81 sərnişinin olduğu A-320 sərnişin təyyarəsi haqqında verilən ən son xəbərdə isə Kiprin Larnaka aeroportunda eniş etdiyi bildirilib. Verilən son xəbərdə isə təyyarədəki bütün sərnişinlərin azad edildiyi, yalnız göyərtəsində ekipaj üzvləri və daha 5 nəfərin qaldığı deyilir. Misir mətbuatə isə təyyarəni qaçıranın terrorçu deyil, sadəcə sevdiyi qadınla əlaqə yaratmağa çalışan biri olduğunu iddia edir.
Geri qayıt |