Misir təyyarəsini SEVGİLİSİNƏ görə qaçırıbmış-ŞAHİD danışdı -VİDEO
"EgyptAir" aviaşirkətinə məxsus 81 sərnişinin olduğu təyyarə naməlum şəxslər tərəfindən qaçırılıb. İskəndəriyyədən paytaxt Qahirəyə uçan Misir Hava Yollarına aid sərnişin təyyarəsi qaçrılıb.
Təyyarədə bomba olduğunu deyən oğrular polisə yaxınlaşmamaq əmri verib.
81 sərnişinin olduğu A-320 sərnişin təyyarəsi haqqında verilən ən son xəbərdə isə Kiprin Larnaka aeroportunda eniş etdiyi bildirilib.
Verilən son xəbərdə isə təyyarədəki bütün sərnişinlərin azad edildiyi, yalnız göyərtəsində ekipaj üzvləri və daha 5 nəfərin qaldığı deyilir. Misir mətbuatə isə təyyarəni qaçıranın terrorçu deyil, sadəcə sevdiyi qadınla əlaqə yaratmağa çalışan biri olduğunu iddia edir.