"11 sentyabr hadisələrindən" 13 il ötür

"11 sentyabr hadisələrindən" 13 il ötür2001-ci il sentyabr ayının 11-də Nyu-Yorkda yerləşən Ümumdünya Ticarət Mərkəzinin əkiz qüllələrindən birinə - Şimal qülləsinə «American Airlines» şirkətinə məxsus sərnişin təyyarəsi çırpıldı

Sonra isə Cənub qülləsi buna bənzər hücuma məruz qaldı.

Sonuncu hücumdan 40 dəqiqə sonra ABŞ Müdafiə Nazirliyinin binası - Pentaqon da intihar təyyarəsi tərəfindən vuruldu.


Terrorçular dördüncü sərnişin təyyarəsi də tutmağa cəhd etsələr də, ekipaj üzvləri və sərnişinlərin müqavimətiylə üzləşiblər. Bu zaman təyyarə qəzaya uğrayıb.

Bu hadisələr nəticəsində 3 minə yaxın insan həlak olub. Bu terror hadisələrinə görə məsuliyyəti «Əl-Qaidə» təşkilatı öz üzərinə götürüb.






Fikirlər