24.04.2014. - "Bura dünyanın ən nəhəng təyyarəsi də enə bilər"

24.04.2014. -  "Bura dünyanın ən nəhəng təyyarəsi də enə bilər""Hava nəqliyyatının inkişafı Azərbaycanda prioritet məsələlərdən biridir, dövlət öz dəstəyini əsirgəmir". Bunu Heydər Əliyev Beynəlxalq Aeroportunun yeni aerovağzal kompleksinin açılışında iştirak edən İlham Əliyev deyib.

Prezidentin sözlərinə görə, bu aeroport ildə 6 milyon sərnişinə xidmət edəcək. On beş il bundan əvvəl tikilmiş və bu yaxınlarda əsaslı şəkildə bərpa edilmiş aeroportun köhnə binası da 3 milyon sərnişini qəbul etmək imkanına malikdir. Beləliklə, Azərbaycanda ildə 9 milyon sərnişin Bakının hava limanından istifadə də bilər.

Son 10 il ərzində 7 aeroport tikilmişdir. Onlardan 5-i beynəlxalq statusa malikdir. Bakı, Gəncə, Naxçıvan, Lənkəran, Qəbələ, Zaqatala və Yevlax aeroportları tikilib istifadəyə verilib.

"Mən yaxşı xatırlayıram, biz regional aeroportların tikintisinə başlayanda müxtəlif fikirlər var idi ki, bəlkə buna ehtiyac yoxdur, kim bu aeroportlardan istifadə edəcək, uçuşlar təşkil edilməyəcək. Ancaq baxın, bu gün regional aeroportlarımızdan nə qədər sərnişin istifadə edir, nə qədər Azərbaycan vətəndaşı indi yaşadığı zonadan başqa ölkələrə rahat gedə bilir. Bu gün Gəncə, Naxçıvan, Lənkəran, Qəbələ aeroportlarından xarici ölkələrə uçuşlar təşkil edilir.

Eyni zamanda, dövlət yeni təyyarələrin alınmasında da öz siyasətini davam etdirir. Deyə bilərəm ki, AZAL-ın bir dənə də olsun köhnə təyyarəsi qalmayıb. Bütün təyyarələr təzədir və ən yüksək standartlara cavab verir. Yəni, bu standartlardan yuxarı standart yoxdur. Çünki AZAL-ın bu gün hava parkı “Boeing”, “Airbus”, “Embraer” təyyarələrindən ibarətdir. Bu gün bizim 25-ə yaxın təyyarəmiz var və bu proses davam etdirilir. Yaxın gələcəkdə yeni, böyük təyyarələrin alınması da nəzərdə tutulur. Bu aeroporta hətta dünyanın ən nəhəng təyyarəsi olan “Airbus A 380” də enə və burada ona xidmət göstərilə bilər. Yəni, Heydər Əliyev Beynəlxalq Aeroportu həm gözəlliyi, dizaynı, rahatlığı və həm də burada göstərilən xidmətlər baxımından bu gün dünyada seçilən aeroportlardandır. Azərbaycan dövləti bundan sonra da hava nəqliyyatının inkişafına öz dəstəyini verəcək".

Fikirlər