Gəncə İH: “Elmar Vəliyev hazırda iş başındadır”

 Gəncə İH: “Elmar Vəliyev hazırda iş başındadır”“Gənclilər Elmar Vəliyevdən və gördüyü işlərdən çox razıdır”
Ötən gün “Bizim Yol” qəzetində “Elmar Vəliyev vəzifəsindən uzaqlaşdırılır” başlıqlı məqalə dərc olunub. Məqalədə bildirilib ki, Elmar Vəliyev prezident İlham Əliyevin etimadını doğrultmayıb və onun vəzifəsindən uzaqlaşdırılacağı gözlənilir.
Məqalə ilə bağlı Gəncə Şəhər icra başçısının müavini Naqif Həmzəyev AzVision.az-a açıqlama verib. O, bildirib ki, mətbuatda Elmar Vəliyevin haqqında yazıların heç bir əsası yoxdur. Çünki, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev hazırda işdədir, hətta o öz məzuniyyətindən istifadə etməyib:
“Bildiyiniz kimi, Gəncə şəhərində 2013-cü ilin dekabr aydında çox möhtəşəm açılışlar oldu. Lakin, hələ çoxlu sayda başqa açılışlar gözlənilir. Bunun ən möhtəşəmi isə Gəncə şəhərində Heydər Əliyev park kompleksinin açılışıdır. Həmçinin, Gəncə şəhərinin girəcəyində olan Böyük Qala Kompleksinin açılışı olacaq. Eyni zamanda Nizami Gəncəvi Mərkəzi və Məhsəti Gəncəvi Mərkəzinin açılışı olacaq. Onlarla bu cür böyük tikililər var ki, bunların hələ açılışı olacaq. Ümid edirik ki, cənab prezident Gəncəyə səfəri ərəfəsində bu açılışlar gerçəkləşəcək”-deyə, N.Həmzəyev qeyd edib.
Elmar Vəliyevin müavininin sözlərinə görə, Gəncə şəhərində son 2 il yarım ərzində çox möhtəşəm işlər görülüb: “Gəncə əhalisi də bu işlərdən çox razıdır. Gəncədə Nizami Gəncəvinin 870, Məhsəti Gəncəvinin yaradıcılığının 900 illiyi keçirilib və bu tədbirlər də tək Gəncədə yox Avropa şəhərlərində keçirilib. Bu təbrirlərin keçirilməsində Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın dəstəki ilə keçirilib. Bunlar da həqiqətən də gəncəlilər tərəfindən də böyük rəğbətlə qarşılanıb”.
Naqif Həmzəyev həmçinin bildirib ki, mətbuatda qeyd olunan faktarın heç biri əsası yoxdur: “Yəni icra başçısı Elmar Vəliyev iş başındadır və fəaliyyətini davam etdirir. Bunlar ancaq və ancaq sifarişlə və kimlərinsə mətbəxindən çıxan yazılardır. Onlarda öz istələklərinə heç vaxt çata bilməzlər. Çünki cənab prezidentin etimadını doğruldan Elmar Vəliyev xalq tərəfindən sevilir və sona qədər də bu fəaliyyətini davam etdirəcək”.






Fikirlər