Bakı Şəhər İcra Hakimiyyətinə (BŞİH) yeni mətbuat katibi təyin olunub. AzerTaym.azsaytı xəbər verir ki, BŞİH-in yeni başçısı Eldar Əzizovun əmri ilə İsrafil Kərimov Meriyanın Mətbuat xidmətinin rəhbəri vəzifəsinə təyin edilib.
İsrafil Kərimov xəbəri Modern.az-a təsdiqləyib. Qeyd edək ki, İ.Kərimov bundan öncə Səbail Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini vəzifəsində çalışıb.