Eldar Əzizov BAKI MERİYASINA yeni MƏTBUAT KATİBİ gətirdi

Bakı Şəhər İcra Hakimiyyətinə (BŞİH) yeni mətbuat katibi təyin olunub.
AzerTaym.az saytı xəbər verir ki, BŞİH-in yeni başçısı Eldar Əzizovun əmri ilə İsrafil Kərimov Meriyanın Mətbuat xidmətinin rəhbəri vəzifəsinə təyin edilib.

İsrafil Kərimov xəbəri Modern.az-a təsdiqləyib.
Qeyd edək ki, İ.Kərimov bundan öncə Səbail Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini vəzifəsində çalışıb. 






Fikirlər