Əsas Səhifə > Sosial > Akif Nağı deputatı “vurdu”:
Akif Nağı deputatı “vurdu”:16-08-2016, 11:40 |
“Rövşən Rzayevə debatlarda da fikrimi bildirmişəm. Ona yüz dəfə demişəm ki, bu mövqedən əl çəksin”. Bu fikirləri Savash.org-a Dağlıq Qarabağın Azərbaycanlı İcmasının İdarə Heyətinin üzvü, millət vəkili Rövşən Rzayevin “Qarabağın azərbaycanlı icması erməni icmasından cavab istəyir” açıqlamasına münasibət bildirərkən Qarabağ Azadlıq Təşkilatının sədri (QAT) Akif Nağı söyləyib. Təşkilat sədrinin sözlərinə görə, onlar özlərini rüsvay edirlər: “Bunlar nə ermənilərin arxasınca düşüblər ki? Qardaş, erməni səninlə danışmaq istəmir. Özünüzü ermənilərin qarşısında niyə alçaldırsınız ki? Erməni sənin qız- gəlinlərini əsirlikdə saxlayır, torpaqlarını işğal edir, səndə yalvarırısan ki, gəl görüşək. Bu, Azərbaycan üçün də alçaldıcı məsələdir. Rövşən Rzayev kimlərin sifarişini yerinə yetirir bilmirəm. Onların qanlarında erməni qanı var, onlar azərbaycanlı deyillər”. Geri qayıt |