Akif Nağı deputatı “vurdu”: “qanlarında ERMƏNİ QANI VAR, azərbaycanlı deyillər”

rr

“Rövşən Rzayevə debatlarda da fikrimi bildirmişəm. Ona yüz dəfə demişəm ki, bu mövqedən əl çəksin”.

Bu fikirləri Savash.org-a Dağlıq Qarabağın Azərbaycanlı İcmasının İdarə Heyətinin üzvü, millət vəkili Rövşən Rzayevin “Qarabağın azərbaycanlı icması erməni icmasından cavab istəyir” açıqlamasına münasibət bildirərkən Qarabağ Azadlıq Təşkilatının sədri (QAT) Akif Nağı söyləyib.

Təşkilat sədrinin sözlərinə görə, onlar özlərini rüsvay edirlər: “Bunlar nə ermənilərin arxasınca düşüblər ki? Qardaş, erməni səninlə danışmaq istəmir. Özünüzü ermənilərin qarşısında niyə alçaldırsınız ki? Erməni sənin qız- gəlinlərini əsirlikdə saxlayır, torpaqlarını işğal edir, səndə yalvarırısan ki, gəl görüşək. Bu, Azərbaycan üçün də alçaldıcı məsələdir. Rövşən Rzayev kimlərin sifarişini yerinə yetirir bilmirəm. Onların qanlarında erməni qanı var, onlar azərbaycanlı deyillər”.
Bu kimi proseslərin müəyyən mərkəzlərdən idarə olunduğunu düşünən QAT sədrinin sözlərinə görə Rövşən Rzayev kimiləri Qərbin bəzi dairələri tərəfindən maliyyələşir: “Rövşən Rzayevə və onun kimi digərlərinə maliyyə buraxırlar. Qərb mərkəzlərinə xidmət edənlərin məqsədi mənə aydın deyil. Deməli onlar pulun xatirinə beynəlxalq mərkəzlərin sifarişini yerinə yetirirlər. Ölkəmizin milli maraqlarını satırlar”.
Qeyd edək ki, bu günlərdə millət vəkili Rövşən Rzayev mətbuata açıqlamasında Dağlıq Qarabağın Azərbaycanlı İcmasının erməni icması ilə görüşə hazır olduğunu və görüş üçün sepaaratçı ölkədən cavab gözlədiklərini bildirib.






Fikirlər