03.06.2014.- "Uçan keçid bizim deyil"- Rövşən Rzayev

03.06.2014.- "Uçan keçid bizim deyil"- Rövşən RzayevDeputat Rövşən Rzayev Şıxov qəsəbəsində uçan piyada keçidinin onunla əlaqələndirilməsinə etiraz edib.
"AzerTaym.az" bildirir ki,millət vəkili,Teleqraf.com-a açıqlamasında deyib ki, məsələnin ona aidiyyatı yoxdur:
“Bircə onu deyə bilərəm ki, qəti mənə aid olmayan məsələdir. Xahiş edirəm atamın adını çəkməyəsiniz”.

Qeyd edək ki, qafqazinfo.az-ın yazdığına görə, “Grand Park” keçmiş prokuror Şükür Rzayevə məxsusdur. Ş. Rzayev 1994-1998-ci illərdə Bakı Şəhər prokuroru vəzifəsində çalışıb. Xatırladaq ki, ötən gün Səbail rayonu, Bakı-Salyan yolu üzərində quraşdırılmış yerüstü piyada keçidi yükqaldırıcı kranın sürətlə ona dəyməsi nəticəsində uçub. Hadisə nəticəsində ümumilikdə 6 nəfər yaralanıb. Onu da qeyd edək ki, Ş.Rzayev bir neçə il əvvəl vəfat etsə də, “Grand Park”ın mülkiyyət sənədlərində heç bir dəyişiklik edilməyib və hazırda da mərkəzin hüquqi sahibi mərhum prokurordur.






Fikirlər