Bakıda yeni piyada keçidi tikilir
Hazırda üç giriş-çıxışdan ibarət olacaq keçiddə şüşə hissəsinin montajı, döşəmə və divarların üzlənməsi işləri aparılır
Paytaxtın Atatürk prospekti, 47 ünvanında yerüstü piyada keçidi tikilir. "Azəryolservis” ASC-nin mətbuat xidmətindən AzərTAc-a verilən məlumata görə, artıq uzunluğu 86 metr, eni 3 metr, hündürlüyü 6,5 metrə yaxın olan piyada keçidində tamamlanma işləri gedir. Keçidin dayaqları, qapalı hissəsi tikilmiş, eskalatorlar quraşdırılıb.
Hazırda 3 giriş-çıxışdan ibarət olacaq keçiddə şüşə hissəsinin montajı, döşəmə və divarların üzlənməsi işləri aparılır.
Cari ildə yekunlaşması gözlənilən keçiddə izləyici kameralar, müasir işıqlandırma sistemi və müşahidə otağı nəzərdə tutulub.