Bakıda inanılmaz radar fırıldağı
Bakıda sürücülərə qarşı qəribə “radar əməliyyatı” həyata keçirilir. Artıq bir müddətdir ki, paytaxtın Nizami rayonu ərazisində, Heydər Əliyev prospektində gizli radar qurğusu qoyulub. Qurğu prospektdə, metronun “Koroğlu” stansiyası ilə Şəfa stadionunun arasında, ayaqqabı fabrikinin qarşısındakı yerüstü piyada keçidinin içində qoyulub. Belə ki, keçidin plastik örtüyü deşilib və radarın obyektivi buradan prospektdə sürətlə hərəkət edən avtomobillərin şəklini çəkir.
Araşdırmalar nəticəsində məlum olub ki, radarın çəkdiyi fotolar birbaşa Nizami rayon polis İdarəsinə ötürülür. Buradan “radara düşmüş” avtomobillərin sürücüləri müəyyən edilir və onlar idarəyə çağrılır.
Məlumat üçün bildirək ki, Azərbaycanda gizlin radar fəaliyyəti (kolluqda, ağac arxasında, maskalanmış və.s) qadağan edilib.