12.04.2014. - Bakının mərkəzində tikilən piyada keçidi istifadəyə verilir - FOTO
Bakının Atatürk prospekti, 47 ünvanında yerləşən yerüstü piyada keçidinin tikintisi tamamlanmaq üzrədir.
Bunu Trend-ə Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev deyib.
Onun sözlərinə görə, keçidin uzunluğu 80 m, eni 3,5 m, hündürlüyü 6,5 m olacaq. Keçiddə hər tərəfdə ikisi olmaqla 4 eskalator quraşdırılacaq.
P.Mürsəliyev qeyd edib ki, artıq keçiddə işlərin 90%-i yerinə yetirilib: "Hazırda tavanın və elektrik sisteminin quraşdırılması işləri gedir. Bundan sonra döşəmə yanmış qranitlə üzlənəcək. Ondan sonra ətraf ərazi abadlaşdırılacaq. Çalışırıq ki, piyada keçidini may ayının sonu, iyun ayının əvvəllərində istifadəyə verək".