Dəmiryol vağzalı şəhərdən kənara köçürülür

Dəmiryol vağzalı şəhərdən kənara köçürülürBakı şəhərinin mərkəzindən keçən dəmir yolları köçürüləcək. Dövlət, Şəhərsalma və Arxitektura Komitəsindən Azertaym.az saytına verilən məlumata görə, şəhərin mərkəzində yerləşən dəmiryolu xətləri bütünlüklə başqa əraziyə köçürüləcək.

Böyük Bakının regional inkişaf planında hətta Bakı dəmiryolu vağzalının da şəhərin mərkəzindən kənara çıxarılması nəzərdə tutulub.
Komitədən bildiriblər ki, Bakının baş planına uyğun olaraq, gələcəkdə yerüstü metro xətlərinin də tikintisi planlaşdırılır.

“Yaxın gələcəkdə paytaxtdakı sıxlığı, tıxacları aradan qaldırmaq üçün elektrik qatarları istifadəyə veriləcək. Eləcə də yerüstü metro xətlərinin istifadəyə verilməsi planlaşdırılır. Məsələn, Abşerondan Dübəndiyə kimi yerüstü metro xətti inşa edilə bilər. Bütün bunların hamısı Bakının regional inkişaf planında konsepsiya kimi irəli sürülüb. Niyyətlər 2030-cu ilə kimi öz həllini tapacaq. İndi bu təkliflərin təsdiqlənməsini gözləyirik”-deyə Komitədən bildirilib.






Fikirlər