01.02.2014. - “Azəryolservis”:Bakıda və ölkənin magistral yollarında heç bir hərəkət problem yoxdur

 01.02.2014. -  “Azəryolservis”:Bakıda və ölkənin magistral yollarında heç bir hərəkət problem yoxdur
 01.02.2014. -  “Azəryolservis”:Bakıda və ölkənin magistral yollarında heç bir hərəkət problem yoxdur Azərbaycan ərazisində müşahidə olunan qarlı və şaxtalı hava şəraitinə baxmayaraq, hazırda Bakıda və respublikanın magistral yollarında nəqliyyatın hərəkətində problem yoxdur.

Bu barədə Nəqliyyat Nazirliyinin “Azəryolservis” ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev bildirib.

Onun sözlərinə görə, Bakı-Quba, Bakı-Şamaxı, Cəlilabad-Yardımlı, Gədəbəy-Şəmkir, bir sözlə, bütün istiqamətlərdə “Azəryolservis”in texnikası səfərbər olunub. Lakin o, yalnız Ağsu aşırımdan sürücülərin istifadə etməməsini tövsiyə edib.

P.Mürsəliyev deyib ki, həmin ərazi təhlükəli yol hesab olunur və təmir olunmalıdır: “Buna görə də sürücülərə alternativ yol kimi Bakı-Qazax yolundan istifadə etmələrini tövsiyə edirik”.

Qeyd edək ki, “Azəryolservis” respublika üzrə 1 100 maşın və texnikaya malikdir. Bundan başqa, 20 min kubmetrə yaxın qum ehtiyatı, 1 500 ton duz ehtiyatı var. P.Mürsəliyev bildirib ki, havaların yenidən kəskinləşəcəyi və ehtiyac yaranacağı halda, duz və qum ehtiyatı artırıla bilər.






Fikirlər