Erməni pilotlarının cəsədlərini azərbaycanlı girovlarla dəyişdiriləcək?
Üç azərbaycanlı Dilqəm Əsgərov, Şahbaz Quliyev və Həsən Həsənov cari ilin iyun ayında Azərbaycanın işğal edilmiş Kəlbəcər rayonunda ermənilər tərəfindən girov götürülüb. Həsən Həsənov qətlə yetirilib, onun cəsədi Azərbaycan tərəfinə verilib.
Noyabrın 12-də, Ağdam rayonunun Kəngərli kəndindən 1700 metr şimali-şərqdə hava məkanında hərbi kurs götürən və Azərbaycan mövqelərini atəşə tutumağa çalışan, Ermənistan SQ məxsus Mi-24 helikopteri vurulub. Azərbaycan tərəfinin açdığı atəş nəticəsində düşmən helikopteri vurulub.
“Vətəndaşlarımızın erməni əsriliyindən azad edilməsi üçün yaxşı imkan yaranıb, və Azərbaycan hakimiyyəti bu şansdan istifadə etməlidir”, - Məmmədov qeyd edib.
“Erməni tərəfi həlak olmuş pilotlarının qaytarılması üçün Beynəlxalq Qırmızı Xaç cəmiyyətinə və digər beynəlxalq təşkilatlara müraciət edib. Mən Azərbaycan hakimiyyətinə erməni pilotlarının cəsədlərini Xankəndində saxlanılan, qeyri-qanuni olaraq mühakimə edilən və işgəncələrə məruz qalan iki azərbaycanlı əsirlərlə dəyişməyi təklif edirəm.
Əminəm ki, Azərbaycan hökuməti məhz belə edəcək”, - deputat qeyd edib.
İki cənubi Qafqaz ölkəsi arasında 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası ilə başladı. Dağlıq Qarabağ və ona yaxın yeddi rayon - Azərbaycanın 20 faiz ərazisi Ermənistanın silahlı qüvvələrinin işğalı altındadır.
1994-cü ilin may ayında tərəflər atəşkəs rejiminin yaranmasına nail oldular və indiyə qədər ATƏT-in Minsk qrupunun və Rusiya, Fransa və ABŞ həmsədrliyinin vasitəçiliyi ilə uğursuz sülh danışıqları aparılır.
BMT-nin TŞ-nın Dağlıq Qarabağ və ona yaxın yeddi rayonun azad edilməsinə dair qəbul etdiyi dörd bəyannamə hələ də Ermənistan tərəfindən yerinə yetirilməyib.(oxu.az)