Əsas Səhifə > Sosial > Əli Həsənov Cəbrayılın işğaldan azad olunmuş kəndinə baş çəkib
Əli Həsənov Cəbrayılın işğaldan azad olunmuş kəndinə baş çəkib18-11-2016, 13:37 |
Prezidenti İlham Əliyevin tapşırığı ilə noyabrın 17-də Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov Cəbrayıl rayonunun işğaldan azad olunmuş yeganə kəndinə - Cocuq Mərcanlıya gedib. Əli Həsənov əvvəlcə Ermənistanın işğalçı ordusu tərəfindən 1993-cü ildə işğal olunmuş, lakin sonradan həyata keçirilmiş uğurlu Horadiz əməliyyatı zamanı işğaldan azad olunan Cocuq Mərcanlı kəndindəki vəziyyətlə tanış olub. Sonra kənddə yaşayan yeganə ailə ilə görüşüb. Bu, 23 ildir Cocuq Mərcanlı kəndində yaşayan 7 nəfərdən ibarət Həziyev Oktay Əbil oğlunun ailəsidir. Ailə üzvləri ilə aparılan söhbət zamanı Oktay Həziyev bildirib ki, kənd işğal olunandan sonra müvəqqəti olaraq başqa yerlərdə məskunlaşıblar. Həmin yerlərdə isə bəzi insanların biganə münasibəti ilə rastlaşıblar. Ancaq uğurlu Horadiz əməliyyatından sonra işğaldan azad olunmuş öz doğma kəndlərinə qayıdıblar. Oktay Həziyev bildirib ki, burada yaşayış üçün heç bir təhlükə yoxdur, tam sərbəst və arxayın yaşayırlar. Kənd təsərrüfatı və heyvandarlıqla məşğul olurlar, taxıl, yonca, arpa və bostan bitkiləri əkirlər. Baş nazirin müavin Əli Həsənov qeyd edib ki, Horadiz əməliyyatı kimi “Aprel döyüşləri” də Azərbaycan tarixinin şanlı səhifəsiri. Əli Həsənov Həziyevlər ailəsinin bütün məcburi köçkünlər üçün nümunə olduğunu vurğulayıb. Sonda Oktay Həziyevin ailəsinə mövcud imkanlar çərçivəsində müvafiq yardım edilir. Oktay Həziyev Cocuq Mərcanlı kəndinin sakinlərinə müraciət edərək onları qayıdaraq öz yurdlarında yaşamağa çağırıb Geri qayıt |