Əsas Səhifə > Sosial > Ramil Usubovun yeni rəis təyin

Ramil Usubovun yeni rəis təyin


1-02-2017, 11:29

AzerTaym.az Ramil Usubovun yeni rəis təyin etdiyi şəxs haqqında məlumatları təqdim edir.

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin rəisi, polis polkovniki Heydərov Heydər Teyyub oğlu.

1959-cu ildə anadan olub.

1983-cü ildə M. Əzizbəyov adına Neft və Kimya İnstitutunu, 1997-ci ildə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyasını bitirib.

1986-cı ildən daxili işlər orqanlarında xidməti fəaliyyətə başlayıb, əməliyyat müvəkkili, baş əməliyyat müvəkkili, şöbə rəisinin müavini, şöbə rəisi, idarə rəisinin müavini və idarə rəisi vəzifələrində çalışıb.

2017-ci il yanvar ayının 27-də Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin rəisi vəzifəsinə təyin edilib.

Daxili işlər orqanlarında fəaliyyətindəki uğurlu nəticələrinə görə dövlət mükafatına, DİN-in “Qüsursuz xidmətə görə” 3, 2, 1-ci dərəcəli medallarına və digər müxtəlif mükafatlara layiq görülüb.

Ailəlidir. iki övladı var.


Geri qayıt