Ramil Usubovun yeni rəis təyin etdiyi şəxs KİMDİR?
AzerTaym.az Ramil Usubovun yeni rəis təyin etdiyi şəxs haqqında məlumatları təqdim edir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin rəisi, polis polkovniki Heydərov Heydər Teyyub oğlu. 1959-cu ildə anadan olub. 1983-cü ildə M. Əzizbəyov adına Neft və Kimya İnstitutunu, 1997-ci ildə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyasını bitirib. 1986-cı ildən daxili işlər orqanlarında xidməti fəaliyyətə başlayıb, əməliyyat müvəkkili, baş əməliyyat müvəkkili, şöbə rəisinin müavini, şöbə rəisi, idarə rəisinin müavini və idarə rəisi vəzifələrində çalışıb. 2017-ci il yanvar ayının 27-də Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin rəisi vəzifəsinə təyin edilib. Daxili işlər orqanlarında fəaliyyətindəki uğurlu nəticələrinə görə dövlət mükafatına, DİN-in “Qüsursuz xidmətə görə” 3, 2, 1-ci dərəcəli medallarına və digər müxtəlif mükafatlara layiq görülüb. Ailəlidir. iki övladı var.