Əsas Səhifə > Sosial > Erməni deputatların adları
Erməni deputatların adları20-09-2017, 16:48 |
Avronest Parlament Assamleyasının sentyabrın 22-də Bakıda iclası keçiriləcək. Tədbirdə Avropa Parlamentinin və "Avronest" Parlament Assamleyasının üzv ölkələrinin deputatları, BMT-nin nümayəndələri, Əhali və İnkişaf üzrə Avropanın Parlament Forumunun Parlamentlərarası İttifaqın təmsilçiləri və beynəlxalq ekspertlər iştirak edəcəklər. Tədbirdə Ermənistan nümayəndə heyətinin üzvlərinin iştirakı gözlənilirmi? Qurum rəsmisi bildirib ki, tədbir iştirakçılarının siyahısında Ermənistanın "Avronest” PA-dakı nümayəndə heyətinin rəhbəri Armen Aşotyan və heyətin üzvü Mane Tandilyanın da adı var. “Üzv ölkə olaraq Ermənistandan olan deputatların da tədbirdə iştirakı mümkündür, amma gəlib-gəlməmələri özlərindən asılıdır. Bu barədə bizdə dəqiq məlumat yoxdur. Amma onların adları siyahıda var”.
Geri qayıt |