Erməni deputatların adları Bakıya gələnlərin SİYAHISINA SALINDI
Avronest Parlament Assamleyasının sentyabrın 22-də Bakıda iclası keçiriləcək. Tədbirdə Avropa Parlamentinin və "Avronest" Parlament Assamleyasının üzv ölkələrinin deputatları, BMT-nin nümayəndələri, Əhali və İnkişaf üzrə Avropanın Parlament Forumunun Parlamentlərarası İttifaqın təmsilçiləri və beynəlxalq ekspertlər iştirak edəcəklər. Tədbirdə Ermənistan nümayəndə heyətinin üzvlərinin iştirakı gözlənilirmi? Qurum rəsmisi bildirib ki, tədbir iştirakçılarının siyahısında Ermənistanın "Avronest” PA-dakı nümayəndə heyətinin rəhbəri Armen Aşotyan və heyətin üzvü Mane Tandilyanın da adı var. “Üzv ölkə olaraq Ermənistandan olan deputatların da tədbirdə iştirakı mümkündür, amma gəlib-gəlməmələri özlərindən asılıdır. Bu barədə bizdə dəqiq məlumat yoxdur. Amma onların adları siyahıda var”.
Məsələ ilə bağlı Milli Məclisin mətbuat katibi Akif Təvəkküloğlu Modern.az-aaçıqlama verib.
A. Təvəkküloğlu iclasın Bakıda Milli Məclisin "Avronest” PA-dakı nümayəndə heyətinin təşəbbüsü ilə keçiriləcəyini qeyd edib.
“"3 və 5-ci Dayanıqlı İnkişaf Məqsədləri çərçivəsində Şərq Tərəfdaşlığı Ölkələrində qadınların sağlamlığı və gender bərabərliyinin təşviqində parlamentlərin rolu” adlı toplantı Azərbaycan Milli Məclisi, "Avronest" PA-nın Sosial Məsələlər, Təhsil, Mədəniyyət və Vətəndaş Cəmiyyəti üzrə Komitəsi, BMT-nin Bakı Ofisi və Əhali və İnkişaf üzrə Avropanın Parlament Forumunun birgə təşkilatçılığı ilə baş tutacaq”.