İki deputata yeni vəzifə verilib

Milli Məclisin Gənclər və İdman Komitəsinin sədri Fuad Muradovla deputat Cavanşir Feyziyevə yeni vəzifə verilib.

Bu barədə Milli Məclisdən Modern.az-a verilən məlumatda bildirilib. Belə ki, deputat Fuad Muradov bundan sonra Avronest Parlament Assambleyasında Azərbaycanın nümayəndə heyətinin rəhbəri vəzifəsində olacaq.

Cavanşir Feyziyev isə Avropa İttifaqı (Aİ)-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinə həmsədrlik edəcək.

 






Fikirlər