“Bu qərar Milli Məclisi məhrum edəcək…” – Avronest rəhbərliyi

euronest Avronest rəhbərliyi Azərbaycan Milli Məclisinin Avronest Parlament Assambleyasından çıxmaq barədə qərarından təəssüfləndiyini bildirib.
APA-nın Avronestin saytına istinadən verdiyi məlumata görə, bu barədə Avronestin həmsədrləri Heidi Hautala və Viktor Dolidzenin birgə bəyanatında deyilir. Onlar bildiriblər ki, Avronest PA artıq məsələdən məlumatlatlıdır: “Azərbaycan Milli Məclisi rəsmi şəkildə Avronest həmsədrlərini məlumatlandırdıqdan sonra qurumun normal şəkildə fəaliyyətini davam etdirməsi üçün lazımi addımlar atmaq məqsədilə vəziyyəti dərhal dəyərləndirəcəyik. Avronest PA “Şərq tərəfdaşlığı” proqramı üçün çoxtərəfli parlament qurumu olaraq qalır. O, Avropanın Şərq qonşularının Avropa İttifaqına siyasi və iqtisadi cəhətdən inteqrasiyasını sürətləndirmək məqsədilə açıq və inteqrasiya ruhunda fəaliyyət göstərməyə davam edəcək. Avronest PA-da iştirak etmək meyarlara cavab verən bütün əlaqədar “Şərq tərəfdaşı” ölkələrinin suveren və könüllü qərarıdır. Bu baxımdan biz Milli Məclisin qərarına hörmətlə yanaşırıq. Hesab edirik ki, bu qərar təəssüfləndiricidir və Milli Məclisi region üçün vacib olan birgə parlament iclaslarında fikrilərini söyləməkdən məhrum edəcək. Bu qurumdan çıxmaq haqında qərar xəbərdarlıq etdikdən bir il sonra qüvvəyə minir. Bu müddətdə biz Milli Məclislə vəziyyəti müzakirə etməyə hazır olduğumuzu bildiririk”.

 






Fikirlər