Əsas Səhifə > Sosial > «Belə Cəngavərsinizsə, MÜBARİZƏNİZİ
«Belə Cəngavərsinizsə, MÜBARİZƏNİZİ11-02-2018, 22:41 |
Millət vəkili Adil Əliyev özünün Facebook səhifəsində maraqlı məqalı ilə çıxış edib. Musavat.com həmin məqaləni müəllif yazısı kimi təqdim edir. **** Deməli, Qərb ölkələrinə sığınan bəzi azərbaycanlılar prezidentimiz haqqında ağızlarına gələni danışır, təhqiramiz ifadələr işlədirlər və sosial şəbəklərdə bu səpkili görüntülər yayırlar. Bəziləriniz burada quzu balası kimiydiniz, elə ki, Avropaya köçdünüz, “əjdahaya” dönmüsünüz, hamıya ağıl öyrətməyə çalışırsınız, xoşunuz gəlmədiyi insanları təhqir edirsiniz, əlinizə meqafon alıb özünüz kimi 3-4 nəfərlə Azərbaycanın səfirlikləri qarşısında bağırırsınız. Başa düşürəm, Avropada oturum haqqı almağın ağır şərtləri var və bəziləriniz bu haqqı almaq üçün isbat eləməlisiniz ki, guya sizi Azərbaycanda siyasi fikirlərinizə görə təqib ediblər, nahaq yerə həbsə atıblar və s. İndi də Avropada ona görə qışqırıb-bağırırsınız ki, avropalı məmurları Azərbaycanı siyasi səbəblərə görə tərk etdininizə inandıra biləsiniz. Ancaq avropalı məmurlar son illər xeyli təcrübə qazanıblar, bilirlər ki, bu kimi “izahların” çoxu sənədləriniz kimi saxtadır, həmin “sənədləri” də pulla müxtəlif partiyalardan almısınız. Təsadüfi deyil ki, son aylarda oturum almağın ən ağır olduğu Almaniyada neçə-neçə azərbaycanlını geri qaytarmağa qərar veriblər. Belələri hansı üzlə geri qayıdacaqlar? Axı, yalanları üzə çıxacaq, ona görə də eyvana çıxıb özünü atmaq istəyən və bununla almaniyalı məmurları hədələyənlər də var. Bir ölkəni qeyri-leqal şəkildə başqasıyla əvəz edib qabyuyan işləməyə hazır olanlar da az deyil. Nə deyim, bu sizin öz seçiminizdir. Bizim seçimimiz isə vətənimizdə yaşayıb ölkəmizi inkişaf etdirmək, torpaqlarımızın işğaldan azad ediləcəyi günü yaxınlaşdırmaq və məmləkətimizdə problemlər varsa, onların həllinə nail olmaqdır. Adil Əliyev, Milli Məclisin üzvü Geri qayıt |