«Belə Cəngavərsinizsə, MÜBARİZƏNİZİ Gəlin VƏTƏNDƏ APARIN» -
Millət vəkili Adil Əliyev özünün Facebook səhifəsində maraqlı məqalı ilə çıxış edib. Musavat.com həmin məqaləni müəllif yazısı kimi təqdim edir. **** Deməli, Qərb ölkələrinə sığınan bəzi azərbaycanlılar prezidentimiz haqqında ağızlarına gələni danışır, təhqiramiz ifadələr işlədirlər və sosial şəbəklərdə bu səpkili görüntülər yayırlar. Bəziləriniz burada quzu balası kimiydiniz, elə ki, Avropaya köçdünüz, “əjdahaya” dönmüsünüz, hamıya ağıl öyrətməyə çalışırsınız, xoşunuz gəlmədiyi insanları təhqir edirsiniz, əlinizə meqafon alıb özünüz kimi 3-4 nəfərlə Azərbaycanın səfirlikləri qarşısında bağırırsınız. Başa düşürəm, Avropada oturum haqqı almağın ağır şərtləri var və bəziləriniz bu haqqı almaq üçün isbat eləməlisiniz ki, guya sizi Azərbaycanda siyasi fikirlərinizə görə təqib ediblər, nahaq yerə həbsə atıblar və s. İndi də Avropada ona görə qışqırıb-bağırırsınız ki, avropalı məmurları Azərbaycanı siyasi səbəblərə görə tərk etdininizə inandıra biləsiniz. Ancaq avropalı məmurlar son illər xeyli təcrübə qazanıblar, bilirlər ki, bu kimi “izahların” çoxu sənədləriniz kimi saxtadır, həmin “sənədləri” də pulla müxtəlif partiyalardan almısınız. Təsadüfi deyil ki, son aylarda oturum almağın ən ağır olduğu Almaniyada neçə-neçə azərbaycanlını geri qaytarmağa qərar veriblər. Belələri hansı üzlə geri qayıdacaqlar? Axı, yalanları üzə çıxacaq, ona görə də eyvana çıxıb özünü atmaq istəyən və bununla almaniyalı məmurları hədələyənlər də var. Bir ölkəni qeyri-leqal şəkildə başqasıyla əvəz edib qabyuyan işləməyə hazır olanlar da az deyil. Nə deyim, bu sizin öz seçiminizdir. Bizim seçimimiz isə vətənimizdə yaşayıb ölkəmizi inkişaf etdirmək, torpaqlarımızın işğaldan azad ediləcəyi günü yaxınlaşdırmaq və məmləkətimizdə problemlər varsa, onların həllinə nail olmaqdır. Adil Əliyev, Milli Məclisin üzvü
Mübarizəni kişi kimi apararlar. Siyasi mübarizəni normal qəbul edirəm, harda seçki varsa, orda müxtəlif siyasi qütblərin mübarizəsi də var. Ancaq təhqiramiz ifadələr heç kimə başucalığı gətirmir.
Xaricə qaçmısınız, bu öz işinizdir, Azərbaycanı bəyənmirsiniz, buna da qarışmıram, ancaq gedib vətənə və dövlətimizin atributlarına təhqir yağdırmayın. Azərbaycan prezidenti ilə Berlində, Parisdə mübarizə aparmaqdansa, torpaqlarımızı işğal edən Ermənistan prezidenti ilə mübarizə aparın, onun şəklini ayaqyolundan asın, asfalta şəklini vurun! Budur əsl vətənpərvərlik. Yox, əgər Azərbaycanda dəyişiklik istəyirsinizsə, qayıdın ölkəyə, istədiyiniz müxalifət partiyasının üzvü olun və burada mübarizənizi aparın. Berlində, Parisdə bağırmaqla Azərbaycanı dəyişə bilməyəcəksiniz, belə dəyişiklik heç kimə lazım da deyil! Prezidentimizin də dediyi kimi, cəmiyyət sizin təriflədiyiniz 1990-cı illərin əvvəllərini yaşayıb, bir daha həmin günlərə qayıtmaq istəmir. Sizin Avropadan bağırtılarınız da o illərin xaosunu, anarxiyasını xatırladır.
Nə yaxşı ki, qürbətdə yaşayan azərbaycanlıların içərisində ölkəsini sevən, Azərbaycan prezidentinin siyasətini dəstəkləyən, erməni lobbisi ilə mübarizə aparan soydaşlarımız çoxluq təşkil edir. Çünki onlar saxtakar vətənpərvərlərdən fərqli olaraq prezidentin bütün ölkəni və milləti təmsil etdiyini anlayır, prezidentə qarşı deyil, Azərbaycanın düşmənlərinə qarşı mübarizə aparırlar. Mən onların bir çoxunu şəxsən tanıyıram, Arvopa ölkələrinə səfərlərim zamanı onlarla görüşüb fikir mübadiləsi aparmışam və erməni lobbisi ilə mübarizədə mümkün olan kömək və dəstəyimi də əsirgəməmişəm.