Əsas Səhifə > Sosial, Slayd > Bakı polisində gecə həyəcanı
Bakı polisində gecə həyəcanı9-04-2015, 10:38 |
![]() ![]() Bu gecə Bakı polisində həyəcan siqnalı (“trevoqa”) verilib. Saat 5.30 radələrində Bakı şəhər Baş Polis İdarəsinin bütün əməkdaşları idarəyə çağırılıb. "AzerTaym.az" xəbər verir ki,bu haqda məlumatı AZNEWS.AZ-a polis əməkdaşlarından biri verib. Məqsəd isə polislərin hazırlıq səviyyələrinin yoxlanılması olub. Mənbə bildirib ki, hazırlıq səviyyəsi şəxsən Bakı şəhər Baş Polis İdarəsinin rəisi, polis general-mayoru Mirqafar Seyidov tərəfindən yoxlanılıb. Qeyd edək ki, Mirqafar Seyidov BŞBPİ-nə rəis təyin olunandan sonra nəzarətində olan ayrı-ayrı idarələrdə dəfələrlə belə yoxlamalar keçirib. Geri qayıt |